Port Baku Towers II qapılarını biznes müştərilərinin üzünə açır: keyfiyyət, rahatlıq və möhtəşəm mənzərə - FOTO

24 May 2022 09:00

Neftçilər prospektində yerləşən Port Baku Towers hündürmərtəbəli ofis kompleksinin ikinci qülləsində tikinti işləri başa çatıb və bina artıq yeni sakinlərini qəbul edir.

"A klass" kateqoriyalı bina Azərbaycanın aparıcı tikinti şirkəti olan Pasha Construction tərəfindən bütün beynəlxalq standartlara uyğun inşa edilib və bina ən tələbkar müştərilərin də tələblərinə cavab verir.

Binanın layihəsi beynəlxalq memarlıq və dizayn bürosu olan dünyaca məşhur Chapman Taylor şirkətinə məxsusdur. Büronun yerli portfelinə Port Baku Towers-in ilk binası, Dəniz Mall ticarət mərkəzi və Ağ Şəhər-də yerləşən Knightsbridge yaşayış binası kimi seçilmiş Bakı binaları daxildir.

Dizayn və tikinti keyfiyyəti ilə yanaşı, Port Baku Towers II-nin əsas üstünlüklərinə onun nəqliyyat cəhətdən rahat yerləşməsi və möhtəşəm mənzərəsi daxildir - binanın forması və yerləşdiyi məkan sayəsində demək olar ki, binadakı ofislərin çoxundan Bakı bulvarına və dənizə gözəl mənzərə açılır.

Biznes mərkəsin operatoru Pasha Property Management-in verdiyi məlumata görə, Port Baku Towers II qüllənin 32 mərtəbəsində 48 000 kvadratmetrdən çox A klass ofis sahəsi təklif edir. Şirkətlər 100 kv. metrdən bir neçə min kv. metrə qədər əraziləri icarəyə götürə bilərlər. Bu o deməkdir ki, yeni biznes mərkəzində həm kiçik, həm də mindən çox işçisi olan iri şirkətlər fəaliyyət göstərə biləcək.

Binanın forması maraqlı vizual effektlə yanaşı üzərindəki şüşəyə sabit mavi rəng, gündüz yüksək əks etdirmə qabiliyyəti, gecə isə kristal şəffaflıq verir.

Binanın düzgün dizaynı və ofis sahələri təyinatı ilə layihələndirilməsi icarədarlara məkandan səmərəli istifadə etmək imkanı verir. Sütunların minimum sayı və onların düzgün yerləşdirilməsi icarədarlara məkanı asanlıqla ayrı-ayrı otaqlara bölmək və ya əksinə, "Open Space" (açıq məkan) adlandırılan tərzdə istifadə etmək imkanı verir. Sakinlərə ofisin yerləşdiyi yer, ayırıcı xətlərin çəkilməsi və digər texniki detallarda da seçim imkanı təqdim olunur.

Port Baku Towers II-nin eyni dərəcədə əhəmiyyətli xüsusiyyəti qüllənin əksər ofis otaqlarının təbii işıqlandırılmasıdır - bu, insanların sağlamlığı və məhsuldarlığı üçün vacib elementlərdəndir, eyni zamanda da enerjiyə qənaət imkanı yaradır.

Biznes mərkəzinin yeri də yerləşmə və nəqliyyatın hərəkəti baxımından heç bir narahatlıq yaratmayacaq. Şəhərin istənilən nöqtəsindən buraya gəlmək rahatdır. Yeni binanın girişinə yaxınlaşmaq həm yeni bulvar həm Cavanşir körpüsü tərəfindən mümkündür.

Pasha Property Management-dən verilən məlumata görə, yeni biznes mərkəzində 800-dən çox parkinq yeri nəzərdə tutulub ki, bu da işçilərin böyük hissəsini əhatə edəcək. Böyük ərazilərin icarədarları Pasha Property Management-dən hədiyyə olaraq bir neçə parkinq yeri əldə edə bilərlər.

Ofisin Port Baku Towers II biznes mərkəzində yerləşməsi həm də ona görə əlverişlidir ki, vahid məkan konsepsiyası kafe, restoranlar, mağazalar, fitnes mərkəzləri və s. kimi istirahət məkanlarına piyada məsafəni təmin edir. Bu məqsədlər üçün binada birinci və ikinci mərtəbələrdə təxminən 3500 kv. metr sahə ayrılıb.

Belə ictimai yerlərin iş yerinə yaxın olması biznes tərəfdaşları ilə iş görüşlərinin təşkilini və ya  işdən sonra həmkarlarla rahat istirahət etməyə imkan yaradır . Həmçinin pik saatlarda yolda vaxt itirmədən işdən əvvəl və ya sonra idman etmək də rahatdır.

Port Baku Towers II gələcək icarədarların ziyarəti üçün artıq açıqdır - müştərilər gələcək ofislərinə yerindəcə baxa bilərlər. "Yaxın vaxtlarda ərazi əldə edən şirkətlər gələn ilin əvvəlində Port Baku Towers II-dəki yeni ofislərində işə  başlaya biləcəklər", - deyə şirkətdən bildirilib.

Port Baku Towers II binasını idarə edən Pasha Property Management daşınmaz əmlak operatorudur.

Şirkət dörd sahədə fəaliyyət göstərir:

- İş yeri təyinatlı daşınmaz əmlakının icarəsi (Port Baku Towers I, Port Baku Towers II);

- Yaşayış təyinatlı əmlakının icarəsi (Port Baku Towers, Baku Palace, Marriott otelində Absheron Apartments, Baku City Villas, Izmir Villas, Bilgah Estate kottec qəsəbələri);

- Mənzillərin satışı (Knightsbridge və Olympic Residence);

- Tədbirlər üçün sahələrin icarəsi (Azərbaycanın ən böyük sərgi sahəsi - Expo Centre).

Pasha Property Management satış və kirayə verməklə yanaşı, sahib olduğu mülklərin idarəçiliyini təmin edir. Əmlak sahibləri və icarədarları üçün bu, yaşayış kompleksi və biznes sahələrinin peşəkar komanda tərəfindən idarə edilməsi deməkdir.