Azərbaycan və Ermənistan arasındakı görüşü alqışlayırıq - ATƏT

23 May 2022 15:01

Biz Avropa İttifaqının (Aİ) yardımı ilə Azərbaycan və Ermənistan tərəfləri arasında görüşü alqışlayırıq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ATƏT sədrliyinin rəsmi "Twitter" hesabında bildirilib.

Qeyd edilib ki, birbaşa dialoq münasibətlərin normallaşdırılması və hərtərəfli sülh sazişinin hazırlanması üçün ilkin şərtdir.

"Biz Cənubi Qafqazın dinc, demokratik və firavan gələcəyini təmin etmək üçün göstərilən səylərə kömək etməyə hazırıq", - deyə məlumata əlavə olunub.

Milli.Az