Ağ Evin Rusiya ilə bağlı QARA PLANı: Məğlub olana kimi dayanmayacaq

23 May 2022 15:17

"Əsl narahatlıq doğuran odur ki, Kremlin təzyiqi bütün miqyasda kəskin şəkildə hiss olunmağa başlayıb".

Bunu Milli.Az-a açıqlamasında Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Qela Vasadze deyib.

O bildirib ki, Ukraynanın bu müharibədə qalib gəlməsi üçün yalnız ABŞ-ın dəstəyi kifayətdir:

"Hazırda aclıq təhlükəsindən danışırlar və eyni zamanda bunu Ukraynadakı müharibəyə bağlayırlar. Amma heç bir əlaqəsi yoxdur. Yəni yalançı dilemma formalaşır - Putinə təslim olmaq. "İnsanlar aclıqdan öləcəklər", - bu, Putinə təslim olduğunuz eyni tsikldəndir, əks halda Rusiya nüvə müharibəsinə başlayacaq. Amma əslində bunun baş verməyəcəyi aydındır. Bundan sonra heç kim, hətta Krımı və Donbası, Xersonu, hətta Putini də xilas etmək üçün özünü öldürmək istəmir.

Belə bir vəziyyətdə nə edilməlidir? Heç bir şey etməyə gərək yox, yəni sadəcə, edilənləri təkrar etmək lazımdır. Silahlara pul ayrılıb, çatdırılma sxemi müəyyən edilib və heç kim bütün bunları ləğv etməyəcək.

Almaniya Kansleri Olaf Şolz da Ukraynaya hərbi yardım göstərmək qərarının verildiyini, pulun ayrıldığını və hər şeyin çatdırılacağını açıqladı. Və bu bəyanat danışıqların zəruriliyi və s. ilə bağlı bütün bəyanatlardan qat-qat önəmlidir. Almaniya kimi daha neçə-neçə belə ölkə var. 

Əslində mən hesab edirəm ki, Ukraynanın bu müharibədə qalib gəlməsi üçün yalnız ABŞ-ın dəstəyi kifayətdir. Digər ölkələrin dəstəyi Ukraynanın qələbəsi deyil, Rusiyanın strateji məğlubiyyəti ilə bağlıdır. Buna görə də biz Ukrayna Silahlı Qüvvələrinə inanırıq".

Təhməz Əsədov
Milli.Az