Morqanın Rusiyaya girişi qadağan oldu

23 May 2022 19:52

Dünyaca məşhur amerikan aktyor Morqan Frimenin Rusiyaya girişinə qadağa qoyulub. 

Milli.Az olay-a istinadən xəbər verir ki, Kremlinin "qara siyahısı"na düşən film ulduzu ölkəyə girişinə icazə verilməyən 963 amerikalıdan biri olub.

Frimenin sözügedən siyahıya düşməsi 2017-ci ildə yayımlanan videoya əsaslanıb. Belə ki, o, həmin kadrlarda Rusiyanı Amerikanın daxili münasibətlərinə və demokratiyasına qarışdığına görə tənqid edən bəzi şərhlər edib.

Milli.Az