Bakı–Şuşa avtobus reyslərinin sayı artırılır

23 May 2022 14:44

Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, təhlillər nəticəsində Bakı - Şuşa - Bakı istiqamətində reyslərin sayının artırılması qərara alınıb.

İyun ayından etibarən sərnişinlər Bakı - Şuşa - Bakı istiqamətində həftədə 5 dəfə səfər edə biləcəklər.

Milli.Az