Sanksiyalar ermənilər üçün əhəmiyyətsizdir - Ermənistan Moskvanın xilaskarına çevrilib

23 May 2022 14:45

Ukraynaya qarşı başlatdığı müharibə səbəbindən ağır iqtisadi sanksiyalarla üz-üzə qalan Rusiyanın ağır durumda olduğu göz önündədir. Artıq Qərb bu ölkəyə qarşı altı sanksiya tətbiq edib və növbəti tədbirlər paletinin daha ağır olacağı gözlənilir.

Bütün bunların fonunda isə hələ də sanksiyalara baxmayaraq onunla sıx əməkdaşlıq etməyə üstünlük verən ölkələr qalmaqdadır. Və burada da Qərbin ikili mövqeyi, ikili standartlardan irəli gəln siyasətinin şahidi oluruq. Söhbət qonşu Ermənistana olan münasibətdən gedir. Rusiyanın Cənubi Qafqazda forpostu damğasını hələ də daşımaqda davam edən İrəvan Kremlin Kiyevə qarşı işğal siyastini nəinki müdafiə edir, hətta zəruri dəstəyini də göstərir. Qərb sanksiyalarından yan keçməklə, ona iqtisadi çətinliklərdən yan keçməkdə yardım edir. Söhbət ilk növbədə yüksək texnologiyalar sahəsində göstərilən yardımlardan gedir.

Çoxvektorlu xarici siyasət yürütdüyünü iddia etsə də, Rusiyanın əlaltısı olmaqda davam edir, sanksiyalardan yan keçmək üçün ona şərait yaradır. Bundan əlavə, Ukraynada müharibə başlandıqdan sonra Rusiya şirkətlərinə, xüsusən də informasiya texnologiyaları sahəsində dəstək verir, onlar üçün biznes mühitini yaxşılaşdırıb.

Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat məlumatına görə, Ermənsitana artıq Rusiyanın informasiya texnologiyaları üzr ixtisaslaşan 113 şirkəti gəlib. Rusiya vətəndaşları burada özəl şirkətlər qurub, 134 min Rusiya vətəndaşı isə Ermənistana gəlib. Fevral hadisələrindən sonra erməni iş adamı, adı sanksiya siyahısında olan iş adamı Ruben Vardanyan da İrəvana köçüb. Ermənistan hakimiyyəti həmçinin İT şirkətləri üçün güzəştlər tətbiq edib və bu güzəştlərə əsasən şirkətlərə yeni işçilərdən tutulan gəlir vergisinin 50%-i geri qaytarılacaq. öz növbəsində Ermənistan Mərkəzi Bankının sədri Martin Qalstyan bəyan edib ki, 16 minə yaxın qeyri-rezident Ermənistan banklarında yeni hesablar açıb, onların əksəriyyəti Rusiyanın rezidentləridir.

Ermənistan yeganə ölkədir ki, Aİ ilə Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi var və bu da ölkəni sanksiyalardan yan keçərək Rusiya və Avropa arasında körpüyə çevirir.  Düzdür, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan Rusiyaya sanksiyalardan yayınmağa kömək edən ölkələrə qarşı sanksiyalar tətbiq edə biləcəyini və Ermənistanın da bu ölkələrdən biri olduğunu bildirsə də, ortada bir şey yoxdur. Ermənistan öz ampluasındadır və Qərb də buna göz yumur.

Kamran Seyidov
Milli.Az