Qorxulu anlar - idarəetməsi itən avtomobil uşaq meydançasına girdi - VİDEO

23 May 2022 18:15

Türkiyənin İstanbul şəhərində qəribə qəza baş verib.

Milli.Az lent.az-a istinadla xəbər verir ki, idarəetməni itirən sürücünün ani səhvi nəticəsində az qalsın faciə baş verəcəkdi.

Qəza dünən axşam saat 23 radələrində, Büyükçekmece ərazisində yerləşən uşaq meydançasına doğru hərəkət edən sürücü minik avtomobilini işıq dirəyinə çırparaq aşırıb. Aşan maşın bir neçə dəfə dövrə vuraraq yaxınlıqdakı içərisi uşaqla dolu meydançaya girib.

Sürücü və içindəki sərnişin xəsarət alsalar da, xoşbəxtlikdən uşaqlara heç nə olmayıb. Yaralılar xəstəxanaya aparılıblar.

Milli.Az