Ərdoğan: “Ukraynaya görə adına mahnılar bəstələnən PUA-larımız Qarabağda ölüm maşını kimi təqdim edildi”

23 May 2022 13:44

"Bu gün Ukraynada uğurlarına görə adına mahnılar bəstələnən PUA-larımız Qarabağ müharibəsində günahsız insanları qətlə yetirən ölüm maşınları kimi təqdim edilirdi".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Bu gün Türkiyənin NATO-nun təhlükəsizliyinə töhfələr verdiyini tərifləyənlər dünənə kimi Liviyada və Suriyada atdığımız addımlara görə ölkəmizi sərt şəkildə tənqid edirdilər", - Türkiyə Prezidenti vurğulayıb.

Milli.Az