Fransada Qətər səfirliyinin mühafizəçisi öldürülüb

23 May 2022 13:30

Parisdə Qətərin Fransadakı səfirliyinin mühafizəçisi qətlə yetirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Fransa polisi bildirib.

Qeyd olunur ki, mühafizəçi səfirlik binasının qarşısında mübahisə zamanı öldürülüb.

Polis şübhəli şəxsi saxlayıb. Hazırda insidentlə bağlı araşdırma aparılır.

Milli.Az