Vətən müharibəsi qazisi intihar etdi

23 May 2022 13:29

Biləsuvar rayonunda intihar hadisəsi baş verib.

Milli.Az kriminalqafqaz-a istinadən məlumatına görə, hadisə məcburi köçkünlərin Biləsuvar rayonu ərazisində yerləşən 1 saylı Qəsəbəsində qeydə alınıb. Belə ki, Cəbrayıl rayonu Sarıcalar kənd sakini, 1995-ci il təvəllüdlü Əlisahib Məmmədov özünü yaşadığı evin həyətində asaraq intihar edib.

Qeyd edək ki, o, Vətən müharibəsi qazisi və ailəli olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az