Avropa Azərbaycan Məktəbində "Qidalanma Günü" adlı tədbir keçirilib - FOTO

23 May 2022 12:45

11 may tarixində Avropa Azərbaycan Məktəbində "Qidalanma Günü" adlı  tədbir keçirildi. Tanınmış kulinarist, food blogger Elmira Qədirovanın iştirakı ilə AAM-nin 6-cı sinif şagirdləri üçün master-klass təşkil edildi. Tədbirin  məqsədi uşaqlara sağlam qida vərdişlərinin aşılanması, onları gündəlik qida rasionunda faydalı qidalardan istifadə haqqında maarifləndirmək və düzgün qidalanma mədəniyyətinin inkişafını təbliğ etməkdir.

Master klass boyu şagirdlərimiz sevdiyi bir neçə çeşid təamları Elmira Qədirovanın iştirakı və təlimatları ilə hazırladılar və bu prosesdən böyük zövq aldılar.