Bakıda hər kəs bu yol polislərinin nümunəvi addımından danışır - VİDEO

23 May 2022 15:22

Dövlət Yol Polisi əməkdaşları nümunəvi addım atıblar. Onlar taksidə vəziyyəti pisləşən hamilə qadının xəstəxanaya vaxtında çatdırılmasına köməklik göstəriblər. Taksi sürücüsünə yardım edən polis əməkdaşlarından biri Orxan Əliyev təfərrüatları "XəzərXəbər"ə danışıb.

Dövlət Yol Polisi əməkdaşı taksidə halı pisləşən qadının xəstəxanaya vaxtında çatdırılmasına kömək edir. O, yolu açaraq xəstənin olduğu avtomobilin rahat hərəkət etməsinə şərait yaradır.

Sosial şəbəkələrdə yayılan bu görüntülər qısa zamanda böyük marağa səbəb olub. 

Bakıda taksiyə əyləşmiş hamilə xanımın halı qəfil pisləşib. Taksi sürücüsü vəziyyətdən çıxış yolunu ərazidə xidmət aparan yol polislərinə müraciət etməkdə görüb. Polis baş serjantı Orxan Əliyev dərhal müdaxilə edərək sürücüdən onları izləməsini istəyib.

Orxan Əliyev deyir ki, bu, onların xidməti vəzifəsi olmaqla yanaşı, həm də insanlıq borcudur. Onun sözlərinə görə, həmin an çox həyəcanlı olan sürücü hətta yolu səhv salırmış.

Qeyd edək ki, xəstəxanaya vaxtında çatdırılan qadına həkimlər müdaxilə ediblər. Hazırda onun vəziyyəti yaxşıdır.

Milli.Az xezerxeber.az-a istinadla videomaterialı təqdim edir:

Milli.Az