Mətanət İsgəndərlidən keçmiş gəlini ilə barışması haqda açıqlama - VİDEO

23 May 2022 17:37

Əməkdar artist Mətanət İsgəndərli gəlini Canana ilə barışması xəbərinə münasibət bildirib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "Şourum"da danışıb.

Sualları cavablandırmaq istəməyən İsgəndərli "Qısa olaraq deyim - barışmışıq" sözlərini söyləyib. 

Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və keçmiş gəlini Canana ötən ilin oktyabrında boşanıb. Məhkəmə üç uşağı ilk olaraq ataya vermiş, apellyasiya şikayətindən sonra uşaqlar anaya qaytarılmışdı. 

Milli.Az