Azərbaycanlı aparıcı nişanlandı - VİDEO - FOTO

23 May 2022 12:37

Aparıcı Elman Bakuvi nişanlanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda aparıcı özü məlumat yayıb. Elman ötən gün baş tutan nişan mərasimindən fotoları yayımlayaraq "Tərpəndim" qısa şərhini yazıb.

Onun ailə qurmağa hazırlaşdığı xanım "Space TV"nin əməkdaşı Vüsalə Hacıyevadır.

Qeyd edək ki, Elman Bakuvi əvvəl ATV-də, hazırda isə "Space TV"də çalışır.

Milli.Az