Meymun çiçəyinin dərmanı varmı?- Virusoloqdan cavab

24 May 2022 22:35

Avropanın bir sıra ölkələrində halları aşkarlanmış "meymun çiçəyi" virusu təhlükəli xəstəlikdir və onun müalicəsi yoxdur.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Aleksandr Lukaşev açıqlamasında bu virusun müalicəsindən danışıb.

"Virus kifayət qədər təhlükəlidir, halların təxminən 1 faizi ölümcül ola bilər, virusa qarşı dərman yoxdur", - o bildirib.

Eyni zamanda, Lukaşev qeyd edib ki, görünür, xəstəlik kifayət qədər ləng yayılır, ona görə də lazım gələrsə, ona nəzarət etmək koronavirusdan daha asan olacaq.

Milli.Az