Cəmiyyətin təkamül etdiyini necə bilə bilərik?

24 May 2022 23:40

Cəmiyyəti insan toplumu təşkil edir. Bu insan toplumunun bir silsilə əqidəsi, arzuları olar. Cəmiyyət insan toplumundan təşkil edildiyi üçün hər bir fərdin tərəqqi etməsi və ya süqut etməsi cəmiyyətə təsir edər. Əgər cəmiyyətin üzvləri kamala çatarsa, o zaman tərəqqi etmək mümkün olar.

Dinimiz bizlərə təkamül meyarlarını tanıtmışdır ki, onlara nəzər salaq.

1. İslamın yaşadılması. Dinimizin nəzərinə görə, əgər cəmiyyət inkişaf etmək istəyirsə gərək İslam dini həmişə ayaqda olsun. Bu, zəruri əməllərdəndir. Ancaq belə bir cəmiyyətin üzvləri kamala çatar və cəmiyyəti irəli aparar.

2. Cəmiyyətin üzvlərinin təkamül etməsi. Dedyimiz kimi, cəmiyyət bir dəstə insan toplumundan təşkil edilər. Əgər bu cəmiyyətin fərdləri təkamül edərsə, cəmiyyət də tərəqqi edər. Təkamül üçün isə insana İlahi mərifətə yiyələnmək lazımdır. Bilməlidir ki, əgər Allahı və özünü yaxşı tanısa, ancaq o zaman həqiqi kamala çata bilər.

3. İslami göstərişləri yerinə yetirmək. Bir cəmiyyəti tərəqqi etdirən amil müqəddəs İslam dininin buyuruşlarına əməl etməkdir. Hər kim dinin göstərişlərinə əməl edərsə, o zaman kamala çatar. Bu da cəmiyyəti tərəqqi etdirər.

4. Cəmiyyət müstəqil olar. Cəmiyyətin təkamil etməsinə şərait yaradan amillərdən biri də cəmiyyətin müstəqil olmasıdır. İslamın bünövrəsi milli müstəqilliyə malik olmaqdır. İslam qanunlarına görə heç bir millət və heç bir şəxsiyyətin, ölkə işlərinə qarışmağa haqqı yoxdur.

5. Cəmiyyətin vahid olması. Cəmiyyətdəki rabitələr istər-istəməz cəmiyyətin halına təsir qoyar. Əgər insanlar arasındakı rabitələr sıxdırsa və vahid bir cəmiyyətdirsə, o zaman təkamül etməsi üçün zəminələr yaranar. Əlbəttə cəmiyyətin vahid olması üçün isə saleh rəhbərin cəmiyyəti yönləndirməsi zəruridir.

Milli.Az