Rəşad Dağlı bu dəfə meyxanasında Allahşükür Paşazadənin adını çəkdi

23 May 2022 10:45

Bir müddətdir dediyi meyxanalarla müzakirə yaradan Rəşad Dağlı növbəti dəfə gündəm olub.

Milli.Az olay-a istinadən xəbər verir ki, meyxanaçının məclislərin birində deyişmə zamanı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin adını çəkməsi müzakirələrə səbəb olub.

Sözügedən kadrların hansı tarixə aid olduğu bilinməsə də, Rəşad ifadəsi ilə yeni gündəmə gəlib.

Belə ki, o, həmkarı Orxan Lökbatanlıya müraciət edərək "Məclisdə Allahşükür Paşazadə var, ona deyərəm siğəni konkret edər", - deyə bildirib.

Qeyd edək ki, R. Dağlı bir neçə gün əvvəl dediyi dini misralara görə dindarlardan üzr istəmişdi.

Milli.Az