"Milan"ın baş məşqçisinin qızıl medalı oğurlanıb

23 May 2022 18:52

İtaliya A Seriyasının qalibi olan "Milan"ın baş məşqçisi Stefano Piolinin qızıl medalı oğurlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə komandanın sonuncu - XXXVIII turda "Sassuolo"ya 3:0 hesabı ilə qalib gəldiyi səfər oyunundan sonra baş verib.

57 yaşlı mütəxəssisin sözlərinə görə, medal çempionluğu bayram edərkən stadionda uğurlanıb: "Kimsə onu boynumdan qopardı. Bunu mənə qaytarsalar, minnətdar olaram, çünki baş məşqçi kimi qazandığım ilk qızıl medaldır".

Qeyd edək ki, "Milan" 11 ildən sonra ölkə çempionu olub. "Rossonerilər" son olaraq 2010/2011 mövsümündə bu uğura yiyələnib.

Milli.Az