Dreyk mərcdə 230 min dollar uduzdu

23 May 2022 13:22

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Dreyk 2,5 əmsalla "Ferrari" pilotu Çarlz Leklerin qələbəsinə 300 min Kanada dolları (təxminən 230.000 ABŞ dolları) qoyub.

Lakin pilot texniki səbəblərdən yarışı yarımçıq dayandırıb və nəticədə reper pulları ilə vidalaşmalı olub.

Milli.Az