Biləsuvarda özünü asdı

23 May 2022 08:40

Biləsuvar rayonunda intihar hadisəsi baş verib.

Milli.Az "report"a istinadən bildirir ki, hadisə məcburi köçkünlərin Biləsuvar rayonu ərazisində yerləşən 1 saylı Qəsəbədə qeydə alınıb.

Belə ki, qəsəbə sakini, Ə. Məmmədov özünü asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az