Motosiklet traktorla toqquşub, yaralanan var - FOTO

23 May 2022 08:22

Salyan rayonunda motosikletlə traktorun toqquşması nəticəsində bir nəfər xəsarət alıb.

Milli.Az "report"a istinadən bildirir ki, hadisə rayonun Dayıkənd kənd ərazisində qeydə alınıb. Belə ki, motosiklet qarşıda gedən traktora çırpılıb.

Qəza nəticəsində motosikletin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az