Ukraynanın Aİ-yə daxil olması 15-20 il çəkə bilər

22 May 2022 23:44

"Ukraynanın Avropa İttifaqına daxil olması 15 və ya 20 il çəkə bilər.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Fransanın Avropa məsələləri üzrə naziri Kleman Bon deyib.

"Dürüst olmalısınız. Ukraynanın 6 ay, 1 və ya 2 ildən sonra Avropa İttifaqına üzv olacağını desək, yalan danışırıq. Bu, doğru deyil. Yəqin ki, 15 və ya 20 il çəkəcək", - Bon deyib.

Nazir xatırladıb ki, Makron Ukraynaya Avropa siyasi birliyinə inteqrasiya üçün alternativ variant təklif edib və Kiyev bu təklifdən yararlanmalıdır.

Milli.Az