Yararsız döyüş sursatlarının növbəti utilizasiyası aparılacaq - MN

22 May 2022 21:59

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən (MN) bildirilib.

Qeyd olunub ki, döyüş sursatlarının utilizasiya prosesi 23.05.2022-ci il tarixdən 28.05.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Milli.Az