Ceyhun Bayramov ilə Çavuşoğlu telefonla danışıb

22 May 2022 14:30

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib.

Qeyd olunur ki, söhbət zamanı ikitərəfli münasibətlər, Türkiyə və Azərbaycanın iştirak etdiyi üçtərəfli mexanizmlər, Cənubi Qafqaz və Ukraynadakı son vəziyyət müzakirə edilib.

Milli.Az