Artıq aktrisalıq etməyəcək

22 May 2022 15:07

Türkiyəli aktrisa Ceyda Düvenci bir daha aktrisalıq etməyəcəyini açıqlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, tədbirlərin birində çıxış edən aktrisa iş saatları uzun olduğu üçün bu qərarı aldığını bildirib:

"Televiziyada yayımlanan serialların iş saatlarını düzgün hesab etmirəm. Həftənin 6 günü 15 saat işləməyi özümə uyğun görmədim və bu sahədən ayrıldım. Yazıçı və aparıcı kimi fəaliyyətimə davam edirəm".

Milli.Az