Keşlədə Şəhidlər xiyabanı yaxınlığında gecə klubu açılması etirazlara səbəb oldu

22 May 2022 13:52

Gecə saatlarında Nizami rayonunun Keşlə qəsəbəsində gərginlik olması barədə görüntülər yayılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, iddia olunub ki, qəsəbə ərazisində Şəhidlər xiyabanı yaxınlığında gecə klubu açılıb və etiraz məhz buna görədir.

Hadisə yerinə dərhal polis əməkdaşları da gəlib.

Məsələ barədə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev saytımıza açıqlama verib.

"Hüquq çərçivəsində tərəfləri narahat edən hallar və onun xüsusatları araşdırılır", - o bildirib.

Milli.Az