Rusiya “İskəndər”ləri Ukrayna sərhədləri yaxınlığında yerləşdirib

22 May 2022 11:37

Rusiya ordusu Belqorod vilayətində "İsgəndər-M" raket sistemlərini yerləşdirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz Facebook səhifəsində məlumat yayıb.

"Belqorod vilayətində Rusiya ordusu "İsgəndər-M" operativ-taktiki raket kompleksinin buraxılış qurğularını yerləşdirib. Bundan əlavə, onlar maddi-texniki təchizat və təmir bazaları sistemi qurur", - məlumatda deyilir.

Milli.Az