Kurt Vonnequtun naməlum povesti satılır

24 Mart 2012 13:26
Milli.Az AFP-yə istinadən bildirir ki, povest 1940-ci illərin sonlarında yazılıb. Həmin vaxtlarda Vonnequt "General Electric" korporasiyasının ictimaiyyətlə əlaqələr departamentində çalışırdı.

O, "İbtidai təhsil"i "Mar Harvi" təxəllüsü ilə çap etdirmək istəsə də, "The Saturday Evening Post" povestdən imtina etmişdi.
"The New York Times" bildirir ki, povest yazıçının evində tapılıb.

20 min sözlük "İbtidai təhsil" povestində baş qəhrəman qohumunun fermasına yollanır. Qohum bu fermada sərt qaydalar tətbiq edərək özünü "General" adlandırır. Qəhrəman da qohumunun bu sərsəm ideyalarına qarşı çıxır.

Vonnequt "Utopiya 14", "Titan sirenaları", "Pişik üçün beşik", "5 saylı sallaqxana və ya uşaqların səlib yürüşü" romanlarının müəllifidir.

Milli.Az