Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 14-ə çatıb

22 May 2022 12:52

Hindistanın şimal-şərqindəki Assam əyalətində bir həftəyə yaxındır yağan leysan yağışları daşqınlara səbəb olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, daşqınlar nəticəsində ölənlərin sayı 14-ə çatıb, 7 nəfər itkin düşüb.

Məlumata əsasən, ümumilikdə Assam əyalətinin 29 dairəsində 700 min sakin təbii fəlakətdən zərər çəkib, 2,2 mindən çox kənd su altında qalıb.

Hindistan Hərbi Hava Qüvvələrinin helikopterləri xilasetmə əməliyyatlarında iştirak edir. Bir çox yaşayış məntəqələrinə torpaq yolu ilə getmək mümkün deyil. İnsanlar müvəqqəti düşərgələrə təxliyə edilir.

Milli.Az