Bakıda qaraçılar Rusiya vətəndaşını bıçaqladı

22 May 2022 12:22

Bakıda qaraçılar Rusiya vətəndaşını bıçaqlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb. İbadov Dursun Maksimoviç bir neçə nəfər tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qarının ön divarının beş ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az