Türkiyədə tələbələri daşıyan avtobus aşıb, ölənlər var

22 May 2022 10:15

Türkiyənin Niğdə şəhərində tələbələri daşıyan avtobus aşıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər həlak olub, 5-i ağır olmaqla 42 nəfər xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar Niğdə və Ulukışla xəstəxanalarına yerləşdiriliblər.

İlkin məlumatlara görə, qəza sürücünün idarəetməni itirməsi səbəbindən baş verib.

Milli.Az