Bərdədə birmərtəbəli ev yanıb

21 May 2022 23:59

Bərdə rayonu, Şorəlli kəndində bir dam altında tikilən ümumi sahəsi 42 m² olan birmərtəbəli evin və ümumi sahəsi 138 m² olan tövlənin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, bitişik köməkçi tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az