Azərbaycan Premyer Liqasının medalçıları mükafatlandırılıb - FOTO

21 May 2022 23:12

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün medalçıları mükafatlandırılıb.

Milli.Az "Report"a istinadən bildirir ki, "Qarabağ"a çempionluq kuboku təqdim olunub. Ağdam klubu Peşəkar Futbol Liqasından "Qarabağ"ın şəhid azarkeşi Məhəmmədəli İbrahimli üçün də medal istəyib. Medal mərasimdə onun atasına təqdim olunub.

"Neftçi" gümüş, "Zirə" isə bürünc medallara layiq görülüb.

12 qolla çempionatın ən sərrast futbolçusu olan "Qarabağ"ın yarımmüdafiəçisi Kadi Borgesə isə xüsusi mükafat verilib.

Milli.Az