“Ebola” da aktivləşdi: Ölüm sayı artır...

21 May 2022 22:43

Konqo Demokratik Respublikasında (KDR) son 30 gündə "Ebola" virusundan dördüncü ölüm halı qeydə alınıb.

Milli.Az lent.az-a istinadın xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) KDR-dəki nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, 12 yaşlı yeniyetmə mayın 20-də "Ebola" virusundan (EVH) ölüb.

Qeyd edək ki, 2022-ci ildə ilk "Ebola" hadisəsi rəsmi olaraq aprelin ikinci yarısında KDR-də qeydə alınıb. Virusa yoluxmuş 31 yaşlı kişi Mbandaka xəstəxanasına aparılıb və aprelin 21-də orada ölüb. Onun qohumu olan qadın aprelin 26-da yoluxmadan dünyasını dəyişib. On gün sonra 48 yaşlı kişi bu virusundan ölüb.

Milli.Az