Qurban Qurbanov: "Hər uğur mənim üçün özəldir"

21 May 2022 21:47

"Futbolçularımı təbrik edirəm. Təkcə çempionluğa deyil, həm də oyunlarına görə. Necə başladıqsa, elə də bitirdik. Mövsüm ərzində sabit qalmaq önəmli idi. Futbolçularım istəkli idilər. Buna görə onlara təşəkkür düşür. Səbirsizliklə medalları gözləyirlər".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Neftçi"yə 4:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXVIII tur matçından sonra deyib.

50 yaşlı mütəxəssis hər uğurun onun üçün özəl olduğunu bildirib: "Uğur qazanmaq asan, onu qoruyub-saxlamaq isə çətindir. Bütün diqqətimiz növəbti mövsümə yönəlməlidir".

Milli.Az