Şəkidə mikroavtobus 12 yaşlı yeniyetməni vurub - FOTO

21 May 2022 21:46

Şəkidə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə axşam saatlarında, Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəkinin Suçma kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Səməd Qurbanov idarə etdiyi "Ford" markalı mikroavtobusla hərəkətdə olarkən 2010-cu il təvəllüdlü Elvin Məmmədlini vurub. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onun vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, mikroavtobus Zaqatala-Bakı marşrut xətti ilə hərəkət edirmiş.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az