Avstraliyanın General-Qubernatoru Prezident İlham Əliyevi təbrik edib

21 May 2022 18:37

Avstraliya İttifaqının General-Qubernatoru Devid Con Hörli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına Avstraliya hökuməti və xalqı adından ən səmimi arzularımızı çatdırıram.

Əminəm ki, ölkələrimiz arasındakı dostluq əlaqələri gələcəkdə də uğurla inkişaf edəcək".

Milli.Az