Səlim Müslümovun səhhətində problem yarandı, müalicə müəssisəsinə köçürüldü

21 May 2022 14:32

Həbsdə olan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun səhhətində ciddi problem yaranıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, sabiq nazir Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanasından Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.

Onun səhhətindəki problem barədə məlumat verilmir.

Qeyd edək ki, S. Müslümov DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.

O Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Milli.Az