Roza Zərgərli: Verilişimə 700 mindən artıq pul xərcləmişəm - VİDEO

22 May 2022 05:36

ARB TV-də Roza Zərgərlinin təqdimatında gedən "Tam vaxtıdır" verilişində müğənni maraqlı açıqlama verib.

Belə ki, müğənni əvəllər aparıcılıq etdiyi "Bakı vaxtı ilə" verilişinə qoyduğu sərmayədən danışıb:

"23 ildə sənət və yaradıcılığımla öz möhrümü vurmuşam. Yaşıdlarım arasında birinciyəm. Mən hər zaman görkəmli şəxsiyyətlərimizə dəyər vermişəm. 7 il ərzində "Bakı Vaxtı ilə" kimi bir verilişin aparıcısı oldum. Verilişə 700 mindən artıq pul xərcləmişəm. Azərbaycan mədəniyyəti üçün verdiyim töhfədir".

Milli.Az