Zelenski: Bu müharibədə qələbə mütləq döyüşdə olacaq, amma...

21 May 2022 13:32

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Federasiyası ilə müharibənin sonunu necə gördüyündən danışıb.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bu barədə o, telemarafona verdiyi müsahibədə danışıb.

"Müharibəni biz başlamamışıq düzdür, amma biz onu bitirməliyik. Düşündüm ki, biz bunu sırf dialoqla bitirə bilərik. Amma təəssüflər olsun ki, dialoq hələ ki termindir", - deyə prezident qeyd edib.

Zelenski əlavə edib ki, o, yenə də bu dialoqda Rusiya tərəfi ilə bir çox suallara cavab tapmaq və bir çox həll yollarını tapmağın mümkün olacağına inanır.

Aslan Məmmədov
Milli.Az