Paşinyanın müavini: “Yeni seçkilərin keçirilməsi üçün səbəb yoxdur”

21 May 2022 17:52

Ermənistan hakimiyyəti müxalifətin etirazları fonunda yeni seçkilərin keçirilməsi üçün səbəb görmür.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu RİA Novosti-yə müsahibəsində Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan deyib.

Onun sözlərinə görə, 2021-ci ildə keçirilən parlament seçkiləri Ermənistanda etiraz hərəkatı iştirakçılarının səsləndirdiyi bütün suallara cavab verib.

"2021-ci ilin iyununda Ermənistanda keçirilən tamamilə demokratik, azad və qanuni parlament seçkiləri indi azlıqda olan etiraz hərəkatı tərəfindən qaldırılan bütün suallara cavab verdi", - Qriqoryan hakimiyyətin növbədənkənar seçki keçirib-keçirməyəcəyi ilə bağlı suala cavabında bildirib.

Müxalifətin etirazları mövzusuna toxunan Ermənistan Baş nazirinin müavini əlavə edib ki, ölkədəki vəziyyəti dramatikləşdirməyə dəyməz. O, vəziyyətin qanun və hüquq çərçivəsində inkişaf edəcəyinə əminliyini ifadə edib.

Milli.Az