Damla onu tənqid edən Elzaya pul göndərdi

22 May 2022 01:34

Əməkdar artist Elza Seyidcahana "Səni axtarıram" proqramında bir çox sənət dostu yardım edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ötən gün baş tutan buraxılışda gözlənilməz hal yaşanıb. Belə ki, illərdir Seyidcahanın tənqid etdiyi Damla ona maddi yardım göndərib. Damlanın ona 500 manat göndərildiyi açıqlanıb. 

"Damlanın vaxtında şəklini cırıb atmışdım. Sənətə görə bunu etmişəm" deyə, ifaçı fikrini bölüşüb.

Seyidcahan isə "Bəzi sənət adamları özlərini xeyriyyəçi kimi göstərirlər, amma elə deyil. Manaf Ağayevdən də xeyriyyəçi insanlar var. Vasif Məhərrəmli, Nazpəri Dostəliyeva, Könül Kərimova, Nəzakət Teymurova, Mələkxanım Əyyubovadan dəstək gözləyirdim" sözlərini söyləyib.

Milli.Az