“O hara getsə, uğur qazanacaq” - Klopp təsdiqlədi

21 May 2022 14:52

Divok Oriqinin yay transfer pəncərəsində "Liverpul"dan gedəcəyi dəqiqləşib.

Milli.Az apasport.az saytına istinadən xəbər verir ki, bunu mersisaydlıların baş məşqçisi Yurgen Klopp açıqlayıb.

Almaniyalı mütəxəssis belçikalı hücumçu ilə vidalaşmadan danışıb: "Divokla xüsusi şəkildə vida təşkil olunacağını gözləyirəm. O, mənim üçün həmişə "Liverpul"un əfsanəsi olacaq. Onunla çalışmaq xoş idi. Oriqi karyeram ərzində çalışdığım ən vacib oyunçulardan biridir. Hara getsə, orada uğur qazanacaq".

Qeyd edək ki, Divok 2014-cü ildən "Liverpul"da çıxış edir. O, "Milan"a keçidini italiyalılarla razılaşdırıb.

Milli.Az