Rusiyadan Finlandiyaya qaz nəqli dayandırıldı

21 May 2022 10:37

Rusiya qazının Finlandiyaya ixracı bu gündən dayandırılıb.

Milli.Az TASS-a istinadən xəbər verir ki, bu barədə "Gasgrid Finland" şirkəti məlumat yayıb.

"Qazprom" şənbə günü Finlandiyanın dövlət enerji şirkəti "Gasum"a rublla ödəniş edilməməsi səbəbindən qazın tədarükünün tamamilə dayandırıldığını təsdiqləyib.

Qeyd olunur ki, 2021-ci ildə "Qazprom Export" "Gasum"a 1,49 mlrd. kubmetr qaz tədarük edib ki, bu da Finlandiyada ümumi qaz istehlakının 2/3 hissəsini təşkil edib.

"Aprelin 1-dən verilən qaza görə ödənişlər yeni rekvizitlərdən istifadə edilməklə rublla aparılmalıdır, bu barədə qarşı tərəflər vaxtında məlumatlandırılıb", - Rusiya holdinqinin məlumatında vurğulanır.

Milli.Az