Rusiya qazı dayansa, məhv olacağıq! - Macarıstan

21 May 2022 12:30

Rusiyadan qaz tədarükünün dayandırılması şəraitində Macarıstan iqtisadiyyatı məhv olacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Peter Siyarto deyib.

"İqtisadiyyatımız Rusiya qazı olmadan məhv olar. Onu da qeyd edim ki, müəssisələrimizin digər enerji üçün texnoloji transformasiyasına 550 milyon avro əlavə investisiya tələb olunacaq", - Siyarto bildirib.

Milli.Az