G7 pandemiya ilə mübarizə üçün 18,3 milyard ayırdı

21 May 2022 08:24

G7 ölkələri "ACT-Accelerator" beynəlxalq mexanizminə 18,3 milyard dollar ayırıblar.

Axar.az xəbər verir ki, bu barədə G7-nin səhiyyə nazirlərinin Berlində keçirilən görüşünün yekunları üzrə yayımlanan kommünikedə bildirilib.

Bundan əlavə, G7 ölkələrinin İngiltərənin Karbis Bey kurort şəhərciyində keçirilən görüşdə, əsasən COVAX üçün olmaqla, 870 milyon doza peyvənd təmin etməyi öhdələrinə götürdükləri qeyd olunur.

Milli.Az