Ukrayna Silahlı Qüvvələri Donbasda gün ərzində Rusiyanın 11 hücumunun qarşısını alıb, 30-dan çox texnikasını məhv edib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Birləşmiş Əməliyyat Qüvvələri Komandanlığı məlumat yayıb.
Belə ki, ukraynalı hərbçilər 8 tank, 3 artilleriya sistemi, 10 zirehli texnika, 3 xüsusi zirehli texnika, 6 avtomobil texnikasını sıradan çıxarıb.
Bundan əlavə, Ukrayna havadan müdafiə sistemləri də ruslara məxsus "Orlan -10" və ZALA PUA-larını məhv edib.
Milli.Az