NATO Moldovanı da silahlandıra bilər

21 May 2022 08:12

NATO müttəfiqləri təkcə Ukraynanın deyil, Moldovanın da alyansın standartlarına uyğun silahlanması məsələsini müzakirə edir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu açıqlama ilə Böyük Britaniya xarici işlər naziri Liz Trass çıxış edib.

"Moldovanın NATO standartlarına uyğun təchiz olunmasını istərdim. Biz müttəfiqlərimizlə müvafiq müzakirələr aparırıq", - Trass qeyd edib.

Milli.Az