“Starliner” kosmik gəmisi BKS-lə birləşib

21 May 2022 09:00

"Boeing" şirkətinin layihələndirdiyi "Starliner" kosmik gəmisi Beynəlxalq Kosmik Stansiya (BKS) ilə birləşib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, NASA prosesi canlı yayımlayıb.

Birləşmə Bakı vaxtı ilə saat 04.28-də başa çatıb. Gəmi təxminən 2 saat ərzində stansiya ətrafında manevr edərək ona 400 metr məsafədə yaxınlaşıb. Bundan sonra birləşmə prosesi başlayıb. Texniki problemə görə proses təxminən 1 saat gecikib.

Milli.Az