Bakıda 12 yaşlı oğlan bıçaqlanıb

21 May 2022 08:08

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Məhəmmədi qəsəbəsində qeydə alınıb.

2009-cu il təvəllüdlü Məmmədzadə Məmmədhüseyn İlham oğlu öz həmyaşıdı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. O, sol bud nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə 3 nömrəli xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az